“O məntəqələrin üzvləri cəzalandırılmalıdır” - MSK sədri

o-menteqelerin-uzvleri-cezalandirilmalidir
Oxunma sayı: 1806

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 68 saylı Cəlilalabad seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib. Şikayətçi namizəd Davud Qurbanov müraciətində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib. MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

MSK sədri Məzahir Pənahov bildirib ki, həmin dairənin 9 və 25 saylı məntəqələrlə bağlı onlara daxil olan müraciətlər araşdırılır: “ Həmin məntəqələri nəzərdə tutun. Onların üzvləri cəzalandırılmalıdır. Bu seçkilərdə o cür komissiyalar olub ki, onlar Məcəllənin tələblərini bilmirlər”.

Qeyd edək ki, həmin dairədə lider namizəd Elman Nəsirovdur.

Günel Türksoy