O, Messi ilə oynamaq istəyir

o-messi-ile-oynamaq-isteyir
Oxunma sayı: 2981

"Barselona"nın hücumçusu Robert Levandovski PSJ-nin futbolçusu Lionel Messi barədə açıqlama verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Levandovski Messinin Kataloniya klubuna geri dönməsini çox istədiyini və onunla oynamaq marağında olduğunu deyib.

O bildirib ki, Messi həmişə "Barselona"ya aid olub:

"Bura onun evidir. Növbəti mövsümdə "Barselona"da onunla birlikdə oynamağı ümid edirəm".

Qeyd edək ki, yerli mətbuatda Lionel Messinin "Barselona"ya qayıdacağı ilə bağlı xəbərlər yayılıb.