“O nə süpürgəçi, nə də cibgirdir...” - Elgizə “cahil” dedi

“O nə süpürgəçi, nə də cibgirdir...”
Oxunma sayı: 3952

Azərbaycanlı aktrisa Yağmur Şahbazovanın Kanal 7-də yayımlanan “Yemin”də baş rol alması qalmaqala səbəb olub. “Qafqazinfo” xəbər verir ki, əvvəlcə aparıcı Elgiz Əkbər instaqram səhifəsində Yağmuru tənqid edib:

“Bir zamanlar birlikdə çalışdığım xəbər aparıcısını bu yaxınlarda ev qulluqçusu rolunda gördüm. Məncə, bizimkilərin belə obrazlara çəkilməkdənsə, çəkilməmələri yaxşıdır. Araşdırmaq lazımdır ki, niyə türk rejissorları bizim aktrisaları normal obrazlarda görmürlər. Türk xalqının gözündə azərbaycanlıların ümumiləşdirilmiş obrazı çox acınacaqlıdır”.

Elgizin postuna cavab olaraq Türkiyədə fəaliyyət göstərən Əməkdar artist Məlahət Abbasova geniş açıqlama yayıb.  O, həmyerlimizin obrazını tənqid edənləri cahil adlandırıb:

"İlk başda Kanal 7-də yayımlanan “Yemin” serialının baş rollardan biri olan azərbaycanlı qız Narin rolunu oynayan istedadlı aktrisa Yağmur Şahbazovanı təbrik edirəm. Kanalın yüzlərlə qızın içindən seçdiyi Yağmurun İstanbula gəldiyi gündən yanında oldum. 

Oynadığı Narin rolu hamı tərəfindən sevildi. Amma heyif ki, vətəndən uzaqlarda yaradıcılığı davam etdirən, oynadığı baş rolun öhdəsindən gəlməyə çalışan, sadəcə, öz işi ilə məşğul olan qızımızın obrazının necə olduğunu bilmədən, “ağzı var”- deyə boş-boş danışan bəzi "sənət" məsləkdaşlarımız var. Öz fikirlərini söyləmədən öncə bir az araşdırma etmələrini məsləhət görürəm. Sənətə, xüsusilə də oynanılan rollara at gözü ilə baxmamalarını, cahil rəy bildirməmələrini tövsiyə edirəm.

Yağmurun oynadığı rol nə süpürgəçi, nə qulluqçu, nə də cibgirdir. Bilmədən yazmaq gülüncdür. Aktyorları oynadığı rollara görə qınamaq cahillikdir. Bunu bir məsləkdaşımız edirsə, bu, faciədir. Bu gün Azərbaycan filmlərində, tamaşalarında süpürgəçi, qulluqçu, evdar qadın, cibgir, sərxoş, oğru, “bazarkom” və digər mənfi xarakterləri oynayan çox məşhur sənətçilərimiz var. Bu, onları təhqir etməkdir, “niyə belə rollar oynayırsız?”- deyə sual versəniz, onlar da sizə cavabını verə bilməyəcəyiniz suallar ünvanlayar”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi