“O, necə hökumətin adamı ola bilər ki?..”

o-nece-hokumetin-adami-ola-biler-ki
Oxunma sayı: 2861


 “Qafqazinfo” xəbər verir ki, Azadlıq radiosunun “İşdən sonra” verilişində qonaq olan AXCP sədri bildirib ki, bizim millət hər şeyə şübhə ilə yanaşır: 

“Kurtlar Vadisinə çox baxırlar. Bu adam necə hökumətin adamı ola bilər ki, onun hədələyən şəxslərin səsini telefona yazıb. Həmin  səs yazıları da bir azdan mediada yayımlanacaq.

Bizim iki cəbhəçi gənc hər gün gecə ofisdə keşik çəkir. Bunlar insan ola-ola zirzəmini partladıb. Mülkiyyətçinin bahalı ofisini dağıdıblar. Azərbaycan hakimiyyəti müxalifətlə davranışına görə mühakimə olunmalıdır. İki-üç otaqda da işimizi qurmağa da mane olurlar”.