“O, necə insan olduğunu göstərdi…” - Qurban Qurbanov

o-nece-insan-oldugunu-gosterdi
Oxunma sayı: 3474

“Gəncədəki oyunlarmız həmişə ağır olub. Çətin qələbə oldu”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Topaz Premyer Liqasının 11-ci turunda səfərdə “Kəpəz”dən üstün olub. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib:

- Qələbə qazansaq da, oyundan tam razı deyiləm. Ola bilər ki, futbolçularda yorğunluq var idi. “Kəpəz”in futbolçusu Viktor Oseqeylə təşəkkür edirəm. O, necə insan olduğunu göstərdi və penalti olmadığını dedi. Meydançanın durumuna gəlincə, hər şey yaxşı idi. Sadəcə, bir az su vurulsaydı, daha yaxşı olardı.

- Pedro Enrike bu gün çox zəif çıxış etdi. Bunu yorğunluqla əlaqələndirmək olar?

- Oyununa görə onu əvəzlədim, geri qalırdı. Heç bir zədəsi yoxdu. İlk dəfədi Gəncədə oynayırdıq, ola bilər ki, özünü rahat hiss etməyib.

- Gəncədə uşaq futboluna maraq çox azdı. Millinin baş məşqçisi kimi bu məsələyə münasibətiniz necədi?

- Açığı, hələ tam proqram üzərində düşünməmişik. Amma fikirləşirəm ki, AFFA buna diqqət yetirir. Təkliflər olsa, bunu irəli sürəcəyik. Gəncədə futbolçu özü yetişir və düşünürəm ki, diqqət daha çox olsa, yaxşı olacaq.