O öldü...

o-oldu
Oxunma sayı: 3413


Markesin ailəsinə yaxın mənbələr ömrünün son 30 ilini Mexikoda yaşamış 87 yaşlı yazıçının oradakı evində vəfat etdiyini açıqlayıb.  "Maqik realizm" cərəyanının ən vacib şəxslərindən biri olan Markes bu il martın 31-i xəstəxanaya aparılmışdı. Həkimlər tərəfindən məşhur yazıçıya ağciyər və sidik yolları iltihabı diaqnozu qoyulmuşdu. Xəstəxanada bir müddət pnevmaniyadan müalicə alan yazıçı sonradan evə buraxılmışdı.

Yazıçı həyat hekayəsini yazdığı "İzah etmək üçün yaşamaq" adlı son əsərini 2002-ci ildə yayımlayıb. Qeyd edək ki, XX əsrin ən böyük yazıçılarından sayılan Markesin “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Polkovnikə məktub yoxdur” və d. əsərləri dünyanın bir çox dillərinə, o cümlədən bizim dilimizə tərcümə edilib.