O ölkə də İrana qarşı sanksiyaları ləğv etdi

o-olke-de-irana-qarsi-sanksiyalari-legv-etdi
Oxunma sayı: 1028

Yaponiya hökuməti İrana qarşı sanksiyaların ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici işlər naziri Fumio Kisida bəyanat verib.

Qeyd edək ki, daha əvvəl yapon hökuməti İrana qarşı sanksiyalar ləğv edildikdən sonra bu ölkə ilə əməkdaşlıq edəcək şirkətlərə dəstək olacağını açıqlamışdı. Yaponiya İrandan neft idxal etməkdə, eyni zamanda, avtomobillərini böyük İran bazarına ixrac etməkdə maraqlıdır.

Xatırladaq ki, yanvarın 16-da BMT, ABŞ və Aİ İrana qarşı iqtisadi və maliyyə sanksiyalarını ləğv edib.