Monteneqro prokuroru Milivoe Katniç ötən ilin payızında ölkədə dövlət çevrilişinə cəhddə bəzi Rusiya hökumət orqanlarının əli olduğunu bəyan edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Katniç Rusiya rəhbərliyini həmin yerli orqanlarla bağlı araşdırma aparmağa çağırıb.
Prokuror onu da bildirib ki, həmin çevriliş cəhdində əsas məqsəd Monteneqronun NATO-ya üzv olmasını əngəlləmək olub.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov isə bu iddiaları absurd adlandırıb.
Son xəbərlər
Son Xəbərlər