“O, polis deyil”- - Vaqif Əsədov

o-polis-deyil-
Oxunma sayı: 4346


Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə haqda araşdırmalar aparılıb: “Qəza törədən şəxs yol polisi əməkdaşı deyil. Bu yanlış informasiyadır”.

Qeyd edək ki, bu gün gecə saatlarında Neftçilər prospektində “FİAT” və “BMW” toqquşub. “Fiat”ın sürücüsü 28 yaşlı Məmmədov Habil Valeh oğlu hadisə yerində ölüb. “BMW”nin Akif adlı sürücüsünün Bakı şəhər Baş DYP İdarəsinin əməkdaşı olduğu haqda məlumat yayılıb.

Murad Əhməd