“Qafqazinfo” xəbər verir ki, xalq artisti bu gün 74-cü doğum gününü qeyd edir. Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu, 1971-ci ildә isə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası (Qaynana filmində Dilbərin ariyası, Sular qız romansı), Milli Opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasında Leyli), xalq mahnıları, bəstəkar mahnılarının Klassik Art-Estrada janrlarının ustad sənətkarıdır. Bəstəkar Elza İbrahimova xüsusi olaraq Flora Kərimovanın səsi üçün Afət operasını bəstələyib.
Geniş repertuarı olan xalq artisti bir çox məşhur şair və bəstəkarın ən sevimli müğənnisidir. Əsrarəngiz səsə malik olan Flora Kərimova səs tembri dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bundan başqa Flora Kərimovanın digər belə səsə malik müğənnilərdən (məsələn İmma Sumac) əsas fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokal ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir.
Onun səsi bütövlüklə 4 oktavanı əhatə edir. Qızıl Fondda ən çox sayda əsərlər Flora Kərimovaya məxsusdur. Sənətkarın yaradıcılıq fəaliyyəti də asan olmayıb. Belə ki, ilk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə alıb. Konsertdə erməni əsilli müğənni çox zildən Qarabağ Şikəstəsini oxuyub. Növbəti çıxış edəcək olan Flora Kərimova konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, elə Qarabağ Şikəstəsini 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirib. Lakin, Bakıya qayıtdıqdan sonra, o dövrkü mədəniyyət nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək, Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırıb.
“Qanun naminə”, “Həyat bizi sınayır”, “ filmlərində rol alıb və bir çox filmlərdə musiqiləri səsləndirilib.
Zümrüd adlı bir qızı var.
Son xəbərlər
Son Xəbərlər