O, qayınatasının hesabına varlanmayıb... - Fotolar

o-qayinatasinin-hesabina-varlanmayib
Oxunma sayı: 4064

Donald Tramp ABŞ prezidenti seçildiyi gündən daim həyat yoldaşı Melaniya Tramp və qızı İvanka ilə gündəmə gəlir.

“Qafqazinfo” “Forbes.ru”ya istinadən xəbər verir ki, birinci xanımla İvanka kimi cəmiyyətin diqqət mərkəzində olanlardan biri də prezidentin kürəkəni Cared Kuşnerdir. O, İvanka ilə ailə qurana və Trampın baş məsləhətçisi vəzifəsini tutana qədər Nyu-Yorkun ən varlı klanlarından biri olub və hazırda da ölkənin ən nüfuzlu şəxslərindən biri hesab olunur.

“Forbes”ə görə Kuşner ailəsinin ümumi sərvəti 1,8 milyar dollardır ki, bunun da 1,15 milyard dollarını daşınmaz əmlaklar təşkil edir. Ailənin 6 ştatda 1,2 milyon kvadrat metrlik mənzil, kommersiya və ticarət mərkəzləri var.

Manhattanda “Fifth Avenue” ticarət mərkəzi, Kuşnerlərin səhmi-360 milyon dollar

 

Aşağı Manhattanda “Puck Building” tarixi ofis-yaşayış kompleksi, Kuşner ailəsinin səhmi- 200 milyon dollar

Çikaqoda “AT&T” binası, Kuşnerlərin səhmi- 49 milyon dollar