Rusiyalı məşhur müğənni Alla Puqaçovanın qazancı barədə danışılıb.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu müğənninin keçmiş stilisti Corc Rovals açıqlayıb.
Onun sözlərinə görə, dostu heç vaxt pis yaşamayıb:
"O, pis günləri üçün pul da yığıb. O qədər çox pul qazanırdı ki, siz hətta sıfırları da saya bilməzsiniz. Yəni əvvəllər o dərəcədə qazanırdı. İndi isə xaricdədir deyə gəliri azalıb".
Qeyd edək ki, Alla Puqaçova ailəsi ilə İsrailə köçüb.
Son xəbərlər
Son Xəbərlər