“O qədər səviyyəsiz məsələdir ki...” – - Arif Hacılı

o-qeder-seviyyesiz-meseledir-ki-
Oxunma sayı: 1177


“Qafqazinfo” xəbər verir ki, bunu “Reytinq” qəzetinə müsahibəsində Müsavat başqanı Arif Hacılı deyib. O, bildirib ki, Müsavat Partiyası daxilində gedən bu məsələlərə kənardan müdaxilə göz önündədir: “Azərbaycanda fəaliyyət göstərən bir sıra partiyalar, qurumlar, hakimiyyət strukturları, mətbuat orqanları bu vəziyyətdən faydalanmağa çalışır və Müsavat Partiyasına qarşı kampaniya aparırlar. Guya partiya içində böyük bir hərəkatın olması, böyük bir prosesin getməsi barədə görüntü yaratmağa cəhd göstərirlər. Halbuki Müsavat Partiyası daxilində hazırda qüvvələr təxminən 97 faizin 3-ə, yaxud 98-in 2 faizə nisbətindədir. Yəni, Müsavatın ümumi ideoloji siyasi xəttinə qarşı ayrı-ayrı adamlar əllərindən gələni edirlər, partiyaya mümkün qədər daha çox ziyan vurmağa çalışırlar. Bir daha qeyd edirəm ki, onların nail olduğu nəticələr apardıqları fəaliyyətlə bağlı yox, Müsavat Partiyasına qarşı olan qüvvələrin bu məsələlərdən Müsavata qarşı istifadə etməsi ilə əlaqədardır”. 

A. Hacılı növbəti parlament seçkilərində mandat almaq üçün iqtidarla anlaşmaya getməsi haqda iddialara da cavab verib: “Bu o qədər səviyyəsiz mövzudur ki, bu barədə danışmağa dəyməz. Mən ilk dəfə 1990-cı ildə Azərbaycan parlamentinin üzvü seçilmişəm və ondan sonra keçirilən bütün parlament seçkilərində həmişə qalib gəlmişəm, eyni zamanda, qələbəmi sübut etməyə nail olmuşam. Ancaq qələbəmə rəğmən total saxtakarlıq nəticəsində mənə mandat verilməyib. Lakin onu da vurğulamaq istəyirəm ki, mənim mübarizəm mandat urğunda deyil. Mənim mübarizəm Azərbaycanın istiqlalı, hürriyyəti uğrunda mübarizədir. Bu mübarizə çərçivəsində seçkilərdə iştirak etməyim zəruri olacaqsa, iştirak edəcəm, zəruri olmayacaqsa, yox”.