“O qızdan mütləq sənin nəslində də var”

o-qizdan-mutleq-senin-neslinde-de-var
Oxunma sayı: 2398

Əməkdar artist Mehriban Xanlarova instaqramda paylaşdığı fotosuna yazdığı şərhlə diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, tanınmış aktrisanın məsləhət xarakterli postu sosial şəbəkədə müzakirələrə səbəb olub:

“Tanımadığın qıza heç vaxt ilişmə. Kiminsə yanında fərqli olmaq üçün o, qızı “tema” olaraq istifadə edib, artıq - əskik söhbətlər etmə. Ola bilsin, o qız yaxının deyil, dostlarından kiminsə bacısı deyil. Amma hansısa yaxşı oğlanın bacısı ola bilər və ən əsası isə o qızdan sənin də evində var. Evində yoxdursa, dayıngildə var. Dayıngildə yoxdursa, əmingildə var. Əmingildə yoxdursa, xalangildə var. Mütləq nəslində var… Buna görə də, hansısa qızın haqqında artıq - əskik danışmadan bunları düşünün”.

İnstaqram istifadəçilərindən kimisi aktrisanı dəstəkləyib, kimisi isə onun bu paylaşımını tənqid edib.