“TV 8”in məşhur proqramlarından olan “O Səs Türkiyə”nin yayım tarixi bəlli olub.
“Qafqazinfo” “Haberler.com”a istinadən xəbər verir ki, yarışma proqramı fevralın 8-i tamaşaçıların qarşısına çıxacaq.
Yenidən ekranlara qayıdan proqramın münsifləri isə Beyazıt Öztürk, Gökhan Özoğuz, Hadise və Melike Şahin olacaq.
Qeyd edək ki, bundan öncə Acun Ilıcalı “O Səs Türkiyə”nin Yeni il buraxılışında layihənin yanvarın 25-i başlayacağını açıqlamışdı.