“O səs Türkiyə”nin Azərbaycan səsi - Video

o-ses-turkiyenin-azerbaycan-sesi-video
Oxunma sayı: 898

“Qafqazinfo”nun məlumatına görə, dünən çıxış edən həmyerlimiz Elgün Quliyev səhnədə Cahangir Cahangirovun “Ay qız” mahnısını səsləndirib. Münsiflər heyətinin 4 üzvündən 3-ü Elgünü öz komandasına cəlb edə bilmək üçün əllərindən gələni ediblər. Elgün Quliyev isə tanınmış müğənni Mustafa Sandalı seçib. Elgün atasının xalq artisti, anasının piano müəllimi, qardaşının isə müğənni olduğunu qeyd edib. Qeyd edək ki, Elgünün əməkdar artist Elxan Quliyevin oğlu, Elnur Quliyevin qardaşı olduğu və 16 ildir İstanbulda yaşadığı deyilir.

Digər həmyerlimiz isə Aynurə Əhmədovadır. O “Sitem” adlı mahnı ifa edib və müğənni Hülya Avşarın komandasına daxil olub.

Elgün Quliyev və Aynurə Əhmədovanın videolarını aşağıdakı linkdən izləyə bilərsiniz.

Elgün Quliyev (Ay qız) - Video

Aynurə Əhmədova (Sitem) - Video