“O səs Türkiyə”nin qalibi saxlanıldı - PKK ittihamı

o-ses-turkiyenin-qalibi-saxlanildi
Oxunma sayı: 2646

“O səs Türkiyə” yarışmasının birincisi olan 34 yaşlı Ferat Üngür bugün Diyarbəkirdə yaşadığı evdə polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə terror təşkilatı olan PKK-nın təbliğatını aparmaqda şübhəli bilinib. İfadəsi alındıqdan sonra sərbəst buraxılıb. 

Ferat Üngür sosial şəbəkədə məsələ ilə bağlı açıqlama verərək bildirib ki, onunla əlaqəsi olmayan hesabdan bir paylaşımı bəyəndiyi üçün dindirilib.