“O səs”in eks-iştirakçısı güllələndi

o-sesin-eks-istirakcisi-gullelendi
Oxunma sayı: 2566

Meksikanın “O səs” proqramının ilk mövsümündə yarışan Alejandro Jano Fuentes öldürülüb.

Qafqazinfo” The Independent qəzetinə istinadən xəbər verir ki, 45 yaşlı müğənni doğum günü gecəsi dostları ilə birgə öz avtomobilinə minmək istəyib, naməlum şəxs onlara yaxınlaşıb.

O, Alejandronu avtomobildən bayıra çıxaraq başından silahla 3 dəfə vurub.

İfaçı təcili olaraq xəstəxanaya aparılıb, müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.