“Qafqazinfo” xəbər verir ki, o, bu barədə facebook hesabında yazıb:
“Bəziləri tərəfindən qəhrəman kimi təqdim olunan bu tələbə universitetdən 3 dəfə xaric olunub. Sonra bərpa edilib. Yaxşı oxuyan tələbə 3 dəfə xaric edilməz. Eyni zamanda, şikayət etdiyi imtahandan 17 balla kəsilib. Təkrar yoxlamada isə 18 alıb. İmtahandan keçid balı isə 25-dir. Kəsildiyinə görə şərə və böhtana, universitetin nüfuzuna xələl gətirən addımlara əl atıb. Oxumaq lazımdır, artistlik etmək yox!!!”.
Qeyd edək ki, Rəhilə Kiçiyeva müəllimin ondan 70 manat rüşvət istədiyini, vermədiyi üçün imtahandan kəsdiyini bildirib. Abel Məhərrəmov isə onu universitetdən qovacağı ilə hədələyib:
“Bu tələbəni qeydə alın və bu gün onu məhkəməyə verin. Universitetə və müəllimə şər atmağına görə, məhkəmədə cəzalandırsın və hamıya dərs olsun”.
Son xəbərlər
Son Xəbərlər