Həmin məktubda Xətai rayonunun General Şıxlinski küçəsi 49 saylı binada yaşayan Akif Əhmədov yaşadığı ərazidə çoxlu problemlərin olduğunu və Mənzil İstismar Sahələrinin üzərlərinə düşən vəzifələri yerinə yetirməmələri barədə narazılığını ifadə etmişdi.
Bu gün yenidən “Qafqazinfo”ya müraciət edən bina sakini A. Əhmədov qeyd edib ki, yazı dərc olunan gün Xətai rayon 96 saylı MİS-nin işçiləri tualeti söküb yeri nisbətən təmizləyiblər: “Lakin digər nöqsanlar olduğu kimi qalmaqdadır”.