“Qafqazinfo” Türkiyə mətbuatına istinadən ölkə məşhurlarının sosial mediada paylaşdığı başsağlığı mesajlarını təqdim edir:
İbrahim Tatlıses: “O, vurulduğum zaman xəstəxanaya ilk gələnlərdən idi. “İbo şou”nu izləyir, gecə mənə zəng edib təbrik edirdi. O, sadəcə prezident deyildi, Türkiyənin ləzzəti idi” .
Yonca Evcimik: “Sənətə və sənətçilərə dəyər verən ağıllı bir lider idi. Ürəyimə dammış kimi, 5 gün əvvəl şəklimizi paylaşmışdım. Məkanın cənnət olsun, CumBaba” .
Yeşim Salkım: “Hamımızın həyatının bir hissəsinə damğa vuran siyasətçini itirdik”.
Sibel Can: “Doqquzuncu prezidentimiz Süleyman Demirel. Allah rəhmət etsin”.
Şahin Gökbakar: “Siyasətin daha məsum olduğu illərin lideri. Bəlkə də, o zaman uşaq olduğum üçün mənə belə gəlir. Ancaq onu bilirəm ki, əvvəllər siyasətçilər daha çox gülürdü. Demireli təqlid etməyənə yumorist demirdik. Bu ölkə üçün etdiyin nə varsa, təşəkkürlər, Sulu Baba”.
Demet Akalın: “Uşaqlığımın, babamın 1 nömrəli insanı da getdi, nur içində yatsın”.
Ceyhun Yılmaz: “Və o da çəkildi dünya səmtindən”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər