Uruqvay millisinin forvardı Luis Suares Fransaya uduzduqları oyundan sonra açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, hücumçu əvvəlcə uğursuzluqdan danışıb: “Kavaninin yoxluğu böyük itki idi. Bizə çox ziyan verdi. Komandamızın bu cür çıxış etməsinə sevinirəm.
Biz sona qədər mübarizə apardıq. Çalışdıq və qalib gəlmək istədik. Bəlkə bir az daha artığını etməli idik. Amma gücümüz bu qədərinə çatdı”.
Ulduz futbolçu Fransa millisinin üzvü Antuan Qrizmanın urquvaylı sevgilisinə görə oyundan öncə “mən bir az da uruqvaylıyam” deməsinə münasibət bildirib: “O uruqvaylı deyil fransalıdır. Bu gün bizə qol vurdu. O, uruqvaylı kimi danışa bilər, amma bizim nə hiss etdiyimizi bilmir. Dieqo Qodinlə yaxın olduğu üçün bunu deyə bilər”.
Son xəbərlər
Son Xəbərlər