O uşaq Bakıya gətirilib - - Video

o-usaq-bakiya-getirilib-
Oxunma sayı: 4407


Gözəl oxuması ilə sosial şəbəkənin fenomeni halına gələn bu ağdamlı uşaq haqqında yeni xəbər var. 

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, gördüyünüz videolentin təkrar paylaşılmasından sonra FB istifadəçisi Fərid Azəri məlumat verib ki həmin uşaqla bağlı o, məşhur tarzən Möhlət Müslümovla əlaqə saxlayıb, sonra uşağı Bakıya gətirib, Ağaxan Abdullayevin yanına apardılar. 

Hətta həmin vaxt bu uşaq ATV-nin də qonağı olub. O zaman Ağaxan Abdullayev onunla öz tələbəsi kimi məşğul olacağını deyib.

***

“Qafqazinfo”ya oxucuların verdiyi məlumata görə, sözügedən qəhrəman Ağdamdan deyil, Şamaxıdan imiş. Adı isə Əhmədxandır.

***

Xalq artisti Ağaxan Abdullayev gözəl oxuması ilə sosial şəbəkənin fenomeni halına gələn uşaqdan danışıb. “Qafqazinfo”ya açıqlamasında xalq artisti Əhmədxan Qədirovun 6-7 ay əvvəl yanına gətirildiyini bildirib: 

“Uşağın adını dəqiq bilmirəm. Bilirəm ki, 6-7 ay əvvəl Şamaxıdan yanıma gətirdilər. Qulaq asdım, geri qayıtdı”.