“O, üstün olana şans verəcək”

o-ustun-olana-sans-verecek
Oxunma sayı: 832

- “İnter”in hazırlıqları necə gedir?

- Hər şey qaydasındadır. Heç bir problemimiz yoxdur. Çempionatın ikinci yarısına daha yaxşı hazırlaşmaq və mövsümün son 2 dövrəsində daha yaxşı çıxış etmək lazımdır. 

- Komandaya qoşulan yeni futbolçular haqqında nə deyə bilərsiniz?

- Nəsə demək çətindir. Amma məşqlərə yaxşı qoşulublar. İnanıram ki, həmin oyunçularla birlikdə daha da güclənib yaxşı oyun göstərəcəyik. Çempionatın startına elə də çox vaxt qalmayıb. Artıq keçirəcəyimiz oyunlar üçün tam hazır vəziyyətdə olmalıyıq.

- Artıq 3-cü dövrə start götürəcək və çempionlu yarışı daha da qızışacaq. Buna hazırsız?

- Biz onsuz da çempionluq üçün oynayırıq. Komandamız doğru yoldadır. Baş məşqçimiz Kaxaber Sxadadze burda bir ailənin təməlini qoyub. Bunun sayəsində yaxşı nəticələr qazanmağımıza ümid etmək olar. 

- Artıq komandada 4 hücumçu var. Ruben Şaxenin gəlişindən sonra güclü rəqabət yaranacaq...

- Biz bu rəqabətə hər zaman hazırıq. Mənim üçün fərq etməz ki, komandada kimlər var, kimlər yoxdur. Məşqlərimi edib şansımı gözləyəcəm. Digər hücumçularımız haqqında danışmaq istəmirəm. Hər birinin potensialı var və ona görə də bu gün bizim komandadadırlar. Amma ümid edirəm ki, mən daha çox meydana çıxıb qollar vuracam. Kaxaber Sxadadze də elə bir məşqçidir ki, üstün olana şans verəcək.

- Kaxaber Sxadadzedən söz düşmüşkən, o yayda komandanı tərk edəcək. Bunun “İnter”ə necə təsir edəcəyini düşünürsüz?

- O, doğurdan əla məşqçidir. “İnter”də olduğu müddətdə burda çox yaxşı işlər görüb. Amma komandanı tərk edirsə, pis düşünmək lazım deyil. Sadəcə ümid etmək lazımdır ki, onun yerinə layiqli biri gələcək. 

- Amma “İnter”in bütün uğurlarının tək səbəbkarı kimi Sxadadze göstərilirdi...

- Ola bilər ki, bunu deyənlər haqlıdırlar. Əlbəttə, bir komanda yaxşı oynayırsa, deməli baş məşqçisi də yaxşıdır. Bunun Kaxaber Sxadadze ölkəsinin milli komandasında işləməyi seçdi. Məncə, bu hər məşqçinin ailəsidir.

Elsevər