Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” təşkilatının üzvü Zülfüqar Mikayılov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ifadə verib.
N. Kərimov Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı insidentlə bağlı danışaraq həmin vaxt baş verənlərin əleyhinə olduğunu deyib: "Həmin vaxt da, indi də polislə qarşıdurmaya gedilməsinin əleyhinə olmuşam. Polis haqlı və ya haqsız olaraq bir şəxsi saxlayıbsa, bunu ancaq danışıqla aydınlaşdırmaq olar. Mən o vaxt da demişdim ki, polisə müqavimət göstərmək, onunla qarşıdurmaya getmək qətiyyən olmaz. Kim gedib polisin əlindən zorla adam ala bilər? O vaxt provakasiya etdilər. Həmin şəxslər belə hadisələrin baş verməsinə səbəb oldular".
Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər