“O vaxtlar Bakıdakı market, bazarlarda istədiyimizi tapa bilməzdik”

o-vaxtlar-bakidaki-market-bazarlarda-istediyimizi-tapa-bilmezdik
Oxunma sayı: 2752

“Bu gün Bakıda mətbuat konfransında da ifadə etdim. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə də Azərbaycana getmişdim. 1992-ci ildə də Ərbəkan müəllimlə (Nəcməddin Ərbəkan, 1996-1997-ci illərdə Türkiyənin Baş Naziri olub – red.) Bakıya getmişdim. O vaxtlar market, bazarlarda elə də bir şey tapa bilməzdik. Bir şey istədikdə, satıcı vitrində göstərdiklərinizdən ikincisini tapa bilmirdisə, “dayan” deyər, istədiyimizi arxadakı ümumi anbardan götürüb gələrdi”.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən sonra Ankara dönüşü təyyarədə KİV nümayəndələrinin suallarını cavablandırarkən deyib.

“O zamanlar Azərbaycanda ciddi mənada sıxıntılı dövr idi və bu sıxıntının olduğu dövr indikindən çox fərqli idi. Əlbəttə, keçid prosesi Heydər Əliyevlə baş verdi. Mərhum Heydər Əliyev ilə başlayan və qardaşımız İlham Əliyevlə davam edən islahat prosesində çox şey dəyişdi. Küçələr, yollar, gördüyünüz bütün sənət əsərləri ortaya çıxdı.

20 il əvvəl bunun heç biri yox idi. İndi o günün şərtlərini bilməsək, bu günün müəyyənləşdirilməsi mümkün olmazdı. Bu islahat, dəyişiklik Heydər Əliyev və İlham Əliyev ilə başlayıb. Azərbaycan İlham Əliyevin rəhbərliyi dövründə, xüsusilə müdafiə sahəsində ciddi irəliləyişlər əldə edib. Ermənistanla problemlər belə təsadüfi yaranmayıb. Həm inkişaf edəcək, həm də özünü qoruyacaqsan… Görürəm ki, hazırda çox ciddi bir inkişaf var. Hətta keçmişdə neft quyularının olduğu mənzərələri də bilirəm. Ancaq indi neft və təbii qazın çıxarıldığı ərazilər də çox dəyişib. İnanıram ki, Azərbaycanda islahatlar prosesi daha da güclü olacaq”, - deyə Ərdoğan qeyd edib.