“O videoları Putinə göndərdim” - Ərdoğan

o-videolari-putine-gonderdim
Oxunma sayı: 3057

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə telefonda nələr danışdığını açıqlayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan həmkarı ilə telefon danışığının əsasını Suriya mövzusunun tutduğunu qeyd edib:

“Suriyada ən qısa zamanda sülhün bərqərar olması üçün nə etmək lazım olduğunu müzakirə etdik. Şərqi Quta və Dumada baş verənlər can acıdan, fəlakət tabloları idi. Məndə videolar var idi. Onları Putinə göndərdim”.