“O, xarakteri ilə tanınır”

o-xarakteri-ile-taninir
Oxunma sayı: 1805

“ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlməlidir”.

“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, bunu Ağ Evin keçmiş rəhbəri Barak Obamanın ögey qardaşı Malik Obama deyib. 

Onun sözlərinə görə, Amerikaya güclü lider lazımdır.

“Prezident Trampı dəstəkləyirəm. Bəli. Mən respublikaçıyam, ona görə də o, mənim namizədimdir. Əsas odur ki, Amerika dünyanın gözündə güclü olsun. Və Tramp güclü insandır. O, xarakteri ilə tanınır”, - deyə o bildirib.

Malik Obama əlavə edib ki, Demokrat Partiyasını təmsil edənlərin ikiüzlülüyünə görə tərk edib. Vurğulayıb ki, o, Demokratların namizədi Kamala Harrisin məğlub olacağını gözləyir.