“O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik”

o-xarici-sirketlerin-mehkemeye-verilmesi-prosesine-start-verdik
Oxunma sayı: 2020

“Oxçuçay təbii fəlakət zonasıdır. Orada götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi, bəlkə də, normanı 10 dəfə, 20 dəfə üstələyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, bu çayları da təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək:

“Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik”.