“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mədən işçisi borcu olmadığını bildirib:
“Qəzadan sonra çox adam mənə zəng vurub. Köhnə futbolçu Tümer Metin ilə danışıb danışmadığımı xatırlamıram. Qəzet və bəzi internet saytlarındakı xəbərləri oxuyunda çox təəccübləndim. Metin bəy mənə zəng vura bilər, amma mənim banka kredit, ya da ev borcum yoxdur. Evimin kiçik xərcləri olur, öz borcumu ödəyirəm. Mənə kömək edəcəyini söyləyib, çox təşəkkür edirəm".
Murat Yalçının qardaşı Ayhan Yalçın isə böyük qardaşı haqqında çıxan səhv xəbərlərin ailəsini kədərləndirdiyini bildirib:
"Müsahibə zamanı Murat “Qardaşım Ayhan Yalçının borcu var” deyib. Bəlkə buna görə səhv başa düşülüb. Hər gələn jurnalistin bizə pul verdiyi deyilir. Bunlar bizləri çox üzür, üzüntümüz böyükdür. Türkiyə yasda, biz yastayıq, içimiz yanır. Lütfən belə yalan, səhv xəbərlər yayılmasın”.
Qeyd edək ki, tanınmış köhnə futbolçu və şərhçi Tümer Metin “Show TV”də yayımlanan “Yeni Bir Gün” proqramında mədənçi Murat Yalçının ev borcunu boynuna götürdüyünü açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər