O, XXI əsrin ən yaxşı məşqçisi seçildi

o-xxi-esrin-en-yaxsi-mesqcisi-secildi
Oxunma sayı: 631

“Qafqazinfo” Apasport.az saytının məlumatına görə, İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəvi baş məşqçisi Aleks Ferqyusson 12 illiyin ən yaxşısı olub. Şotlandiyalı mütəxəssisin hesabında 180 xal var.

İspaniya “Real”ının portuqaliyalı çalışdırıcısı Joze Mourinyo 174 xalla 2-ci, İngiltərə “Arsenal”ının fransalı baş məşqçisi Arsen Venger 165 xalla 3-cü pillədə qərarlaşıb.

Ölkəmizdə “Bakı” klubunu çalışdırmış almaniyalı Vinfred Şafer 22 xalla 64-cü pillədə yer alıb. Paytaxtın digər sabiq məşqçisi Aleksandr Starkov isə 19 xalla 74-cüdür.

Qeyd edək ki, İFFHS-in siyahısında 199 məşqçi yer alıb.