“OBA Market” “Şanslı Qonşu” lotereyasına start verir - Video

“OBA Market” “Şanslı Qonşu” lotereyasına start verir
Oxunma sayı: 1147

Daima müştərilərinə yaxın olan və onları yenilikləri ilə sevindirən “OBA” marketlər şəbəkəsi oktyabrın 18-dən yanvarın 29-dək “Şanslı Qonşu” adlı yeni lotereyaya start verir. Şirkətin 5 illik fəaliyyəti dövründə ilk dəfə keçirilən lotereyanın məqsədi müştərilərini yalnız endirimlərilə deyil, bol hədiyyələrlə də sevindirməkdir. Müştərilər hər 10 azn-lik alış-verişdə 1 şans qazanaraq lotereyaya qoşulub möhtəşəm hədiyyələrin sahibi olmaq imkanı əldə edəcəklər.

Şanslı qonşular 5 ədəd 2021-ci il buraxılışlı Kia Rio avtomobili, hər biri 5 ədəd olmaqla  İstanbula səyahət turu, soyuducu, televizor, qabyuyan, paltaryuyan, planşet, kondisioner, mobil telefon və 500 AZN-lik hədiyyə kartları qazanacaqlar.

Lotereyanın iştirak qaydalarına əsasən 18 yaşına çatmış hər kəs “OBA Market” mobil tətbiqini yükləyərək iştirakını təsdiqləyib şəxsi məlumatlarını tam və doğru doldurmalıdır.

Qeyd edək ki, “Xəzər” televiziyasının canlı efirində yayımlanacaq lotereyanın münsiflər heyəti Azərbaycanın tanınmış simaları və incəsənət xadimləri arasından seçilmişdir. Canlı yayımda lotereyanın möhtəşəm hədiyyələrin qalibləri müəyyən olunacaq.  

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC-nin keçirdiyi “Şanslı qonşu” lotereyası oktyabrın 18-dən yanvarın 29-dək keçiriləcək.