“OBA” marketlər şəbəkəsində Vətən müharibəsi şəhidləri anılıb

oba-marketler-sebekesinde-veten-muharibesi-sehidleri-anilib
Oxunma sayı: 1272

“OBA” marketlər şəbəkəsində 27 sentyabr - Anım Günü münasibətilə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

“OBA Market” MMC-nin baş ofisində, həmçinin ölkə üzrə 1000-ə yaxın mağazalarında 12:00-da bir dəqiqəlik sükut olub.

1000-ə yaxın marketdə əməkdaşlar ilə yanaşı,  alıcılar da şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi Qarabağ uğrunda Vətən müharibəsi başlayandan dövlətimiz, xalqımız, ordumuz üçün bütün imkanlarını səfərbər edib və bir çox dəstək layihələri həyata keçirib. “OBA” marketlər şəbəkəsinin də daxil olduğu Veysəloğlu Şirkətlər Qrupu ordumuza dəstək çərçivəsində Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.

Həmçinin “OBA” marketlər şəbəkəsinin də daxil olduğu Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna yardım məqsədilə 1 milyon manat vəsait ianə edib.

Bundan əlavə, “OBA” marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə Xocavənd rayonunun şəhid, qazi və əsgər ailələrini ziyarət edərək ərzaq qutuları paylayıb.

Korporativ sosial məsuliyyət layihələrimizin davamı olaraq "OBA" marketlər şəbəkəsi yeni tədris ili münasibətilə Ağdam və Beyləqan rayonu ərazisində məskunlaşmış şəhid və qazi ailələrinin övladlarını məktəb ləvazimatları ilə təmin edib. Həmin rayonlarda yaşayan 150-ə yaxın şagirdə məktəb ləvazimatları ilə yanaşı, ərzaq hədiyyələri və oyuncaqlar da hədiyyə edilib.

"Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1000-ə yaxın mağazası və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!