“OBA” marketlər şəbəkəsinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib - Fotolar

oba-marketler-sebekesinin-kollektivi-sehidler-xiyabanini-ziyaret-edib
Oxunma sayı: 1748

“OBA” marketlər şəbəkəsinin rəhbərliyi və kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.

"Qafqazinfo" xəbər verir ki, şirkət kollektivi vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bildirilib ki, Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərib, milli tariximizə qəhrəmanlıq salnaməsi kimi yazılıb.