“OBA” Müstəqillik Günü münasibətilə 1111-ci marketini açdı - Fotolar

oba-musteqillik-gunu-munasibetile-1111-ci-marketini-acdi
Oxunma sayı: 2124

Veysəloğu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Müstəqillik Günü münasibətilə 1111-ci marketinin açılışını edib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan pərakəndə satış sektorunda ən çox market sayı ilə seçilən “OBA”nın yeni filialı Badamdar qəsəbəsi, Seymur Məmmədov 11a ünvanında yerləşir.

Yeni marketin istifadəyə verilməsi münasibətilə “OBA”da 500-dən çox müxtəlif istehlak məhsuluna endirim tətbiq edilir.

“Nə yaxın qonşu olduq” şüarı ilə hər zaman müştərilərini diqqətdə saxlayan “OBA”, hər kəsi bu fürsətlərdən yararlanmağa dəvət edir.

Qeyd edək ki, Azərbaycanın pərakəndə satış sektorunda aparıcı marketlər şəbəkəsindən biri olan “OBA Market” MMC 2021-ci ildən etibarən bir çox dəyişikliklər həyata keçirib. Şirkət müştəri məmnuniyyətini artırmaq məqsədilə mağazalarını genişləndirib, məhsul çeşidini artırıb, interyer və eksteryerində önəmli dəyişikliklər edib.

"OBA Market" MMC öz fəaliyyətində hər zaman inkişaf etməyi, müştərilərinə yaxın olmağı və yüksək keyfiyyəti hədəf kimi qarşıya qoyub. Qənaətli alış-veriş və sərfəli qiymət təklif edən "OBA"nı seçən müştərilər həm vaxtlarına, həm məsafəyə, həm də ciblərinə qənaət edirlər.

"Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1110-dan çox filialı və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Elimizin hər yanı, “OBA”mızın ünvanı!