“OBA”dan “Daha çox endirim, daha çox qənaət” kampaniyası - Video

“OBA”dan “Daha çox endirim, daha çox qənaət” kampaniyası
Oxunma sayı: 1529

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi avqust ayında “Daha çox endirim, daha çox qənaət” adlı yeni kampaniyaya start verir.

"Qafqazinfo" əbər verir ki, 5-18 avqust tarixlərini əhatə edən yeni kampaniyada 150-dən çox məhsula 60%-dək endirim tətbiq olunur.

Şirkətin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli bildirib ki, kampaniya çərçivəsində ət, süd, yağ, şirniyyat, qeyri-qida kateqoriyasindan olan müxtəlif növ məhsullara yüksək endirimlər var:

“Endirimlər “OBA”nın bütün filiallarında keçərlidir və biz müştərilərimizi 2 həftə davam edəcək bu kampaniyadan yararlanmağa dəvət edirik. Müştərilərimiz 5-11 avqust tarixlərində “Siyəzən” dondurulmuş toyuğunun kiloqramını 4 manat 79 qəpiyə, 1 kiloqramlıq “Maslyona” spred yağını 5 manat 89 qəpiyə, 5-18 avqust tarixlərində isə 1 litrlik “Zateya” günəbaxan yağını 4 manat 69 qəpiyə, 250 qramlıq “Beta Tea” Erl Grey çayını 4 manat 70 qəpiyə, 40 ədədli 5 nömrəli və 44 ədədli 4 nömrəli “Dori baby” uşaq bezlərini isə 10 manat 99 qəpiyə əldə edə bilərlər.

Bundan başqa, 5-18 avqust tarixlərinə 1 litrlik “Zateya” qarğıdalı yağını 5 manat 39 qəpiyə, “Nevskiy kartoşka” şokoladının kiloqramını 6 manat 99 qəpiyə, 5 kiloqramlıq “Fellini” şəkər tozunu 8 manat 39 qəpiyə, 500 millilitrlik “Saf bulaq” suyunun 5 ədədini 1 manata, 7 kiloqramlıq “Ariel” yuyucu tozunu 16 manat 89 qəpiyə, 1,5 litrlik “Fairy” qabyuyan mayeni isə cəmi 4 manat 99 qəpiyə almaq mümkündür.

“OBA” ilə daha çox endirimlərdən yararlanın, daha çox qənaət edin!”.

Qeyd edək ki, "OBA Market" MMC öz fəaliyyətində hər zaman inkişaf etməyi, müştərilərinə yaxın olmağı və yüksək keyfiyyəti hədəf kimi qarşıya qoyub. Qənaətli alış-veriş və sərfəli qiymət təklif edən "OBA"nı seçən müştərilər həm vaxtlarına, həm məsafəyə, həm də ciblərinə qənaət edirlər. Şirkətdən müxtəlif endirim kampaniyalarının davam edəcəyi bildirilir.

"OBA Market" MMC ölkə üzrə 1110-dan çox filialı və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Elimizin hər yanı, “OBA”mızın ünvanı!