Obama 50 nəfərin öldüyü şəhərə gedəcək

obama-50-neferin-olduyu-sehere-gedecek
Oxunma sayı: 668

ABŞ prezienti Barak Obama Orlandoya səfər edəcək.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Coş Ernest yazılı açıqlama verib. Bildirilir ki, Obamanın səfəri Orlandoda baş verən silahlı hücumla əlaqədardır və o, şəhərə cümə axşamı səfər edəcək. Prezidentin səfərinə dair daha ətraflı məlumat paylaşacaqlarını deyən Ernest bildiririb ki, Obama silahlı basqın zamanı həlak olan şəxslərin ailələrilə görüşüb onlara baş sağlığı verəcək.

Xatırladaq ki, iyunun 12-si Florida ştatının Orlando şəhərində gecə klubuna silahlı hücum olub. Hadisə nəticəsində 50 nəfər ölüb, 53 nəfər xəsarət alıb.

Aysel Kərimova