Obama ailəsinin şahzadələrlə səmimi - Fotoları

obama-ailesinin-sahzadelerle-semimi
Oxunma sayı: 2475

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama Böyük Britaniyada rəsmi səfərdədir. Obama ailəsi ilk öncə kraliça II Yelizaveta ilə görüşüb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, kraliça ilə görüşdən sonra cütlük Kensinqton sarayına gedərək şahzadə Uilyams və xanımı, Kembric düşesi Keyt Midlton, eləcə də şahzadə Harri ilə şam yeməyi edib.

Balaca şahzadə Corc da yatmazdan öncə Obama ailəsi ilə görüşüb.

Amerika və İngiltərə liderlərinin görüşündən olduqca səmimi fotolar ortaya çıxıb.