“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Pentaqonun Yaxın Şərq üzrə sabiq müşaviri, Amerika Sahibkarlar İnstitutunun eksperti Maykl Rubin belə hesab edir. Rubin çərşənbə axşamı Trend-ə deyib: “Təəssüf ki, məhz Obamanın Rusiyaya laqeyd münasibəti öz növbəsində bu ölkəni cəsarətləndirdi və ABŞ-ın Baltikyanı, Azərbaycan və Polşa kimi müttəfiqləri Amerikaya şübhə etməyə başladılar”.
Onun sözlərinə görə, ABŞ-ın növbəti prezidentinin başlıca prioritetlərindən biri müttəfiqlərin və tərəfdaşların ölkəyə etimadının bərpası olacaq: “ABŞ Azərbaycanın simasında müttəfiqlərinə sübut etməlidir ki, biz onları Rusiyanın Ermənistan kimi “müvəkkil şəxsləri”nin təhdid və təcavüzlərindən müdafiə edirik”.