ABŞ prezidenti Barak Obama kubalı lider Raul Kastro ilə görüşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüş Havanada Kuba parlamentinin yerləşdiyi binada keçirilir. Danışıqlardan əvvəl Obama ABŞ və Kuba himnlərinin sədaları altında Kubanın müstəqilliyi uğrunda mübarizə aparan qəhrəman Xose Martinin abidəsi önünə əklil qoyub.
Obama səfərədn öncə Kastro ilə görüşdə Kubada söz və sərbəst toplaşmaq azadlığı mövzusuna toxunmaq niyyətində olduğunu ifadə etmişdi.
Qeyd edək ki, Obama Kubaya iki günlük səfərə gəlib. Bu, ABŞ dövlət başçısının Kubaya 90 il sonra ilk rəsmi səfəridir.
Bu görüşü dəyərləndirən bir çox jurnalistlər Obamanın səfəri zamanı Amerika-Kuba münasibətlərdə dönüş olacağını düşünür.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər