Obama, Buş və Klinton kamera qarşısında peyvənd olunacaqlar

obama-bus-ve-klinton-kamera-qarsisinda-peyvend-olunacaqlar
Oxunma sayı: 1877

ABŞ-ın keçmiş Prezidentləri kamera qarşısında koronavirus (COVID-19) peyvəndi olmağa hazır olduqlarını açıqlayıblar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb. Bildirilib ki, Barak Obama, Corc Buş və Bill Klintona virusa qarşı ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənmiş vaksin tətbiq olunacaq. 

Əsas məqsəd Obama, Buş və Klintonun peyvəndi ictimaiyyət arasında təbliğ və onun etibarlı olduğunu sübut etməkdir.

Hər üç siyasi liderin Mətbuat xidməti KİV-ə açıqlamasında məlumatı təsdiq edib.