Obama cütlüyü “Netflix”lə işləyəcək

obama-cutluyu-netflixle-isleyecek
Oxunma sayı: 1582

Keçmiş ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama tərəfindən yaradılan “Supreme Ground Productions”ın altı yeni layihədə “Netflix”lə işləyəcəyi bildirilib.

“Qafqazinfo”nun məlumatına görə, 2018-ci ildə “Netflix”lə müqavilə imzalayan Obama cütlüyünün layihələri bəlli olub.

Onlar film istehsalı şirkətləri “Higher Ground Productions” vasitəsilə iki serial, dörd yeni filmin hazırlıqlarını davam etdirirlər.