Obama Ərdoğana zəng vurdu

obama-erdogana-zeng-vurdu
Oxunma sayı: 1613

ABŞ-ın eks- prezidenti Barak Obama ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Qafqazinfo” xəbər verir ki, bu barədə Ərdoğanın mətbuat xidməti məlumat yayıb.

Obama yeni il gecəsi İstanbulun Ortaköy və 17 dekabrda Kayseridə həyata keçirilən terror hücumlarında həyatlarını itirənlər üçün başsağlığı verib.

Onlar terrorla mübarizə mövzusunda Türkiyə və ABŞ-ın birlikdə işi davam etdirəcəklərini vurğulayıb.