ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyəcək.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Coş Ernest məlumat yayıb.
Onun sözlərinə görə, nüvə təhlükəsizliyi sammiti iki gün davam edəcək və Obamanın bütün liderlərlə görüşmək imkanı yoxdur.
Qeyd edək ki, R.T. Ərdoğan ABŞ dövlət katibi Con Kerri ilə görüşüb. Qapalı keçirilən görüş 45 dəqiqə davam edib.
Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, energetika və təbii resurslar naziri Berat Albayrak, Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç, eləcə də ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerk, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland da iştirak edib.
Son xəbərlər
Son Xəbərlər