ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
“Qafqazinfo”nun məlumatına görə, Ağ Evdən verilən açıqlamada bildirilir ki, Obama Ankara və Diyarbəkirdə baş vermiş partlayışla bağlı Ərdoğana başsağlığı verib.
Liderlər Suriyadakı vəziyyəti də müzakirə ediblər.
Telefon danışığı 1 saat 20 dəqiqə davam edib.
Son xəbərlər
Son Xəbərlər