Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan preizdenti İlham Əliyevi öz ölkəsinə dəvət edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov məlumat verib.
N.Məmmədov bildirib ki, 3 dekabr 2015-də Prezident Barak Obama Prezident İlham Əliyevə məktub göndərib: “Məktubda Prezident Obama Azərbaycan Prezidentini 2016-da Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib”.
Prezident Obama məktubda qeyd edib ki, Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir: “Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər