“Qafqazinfo” rosbalt.ru-ya istinadən xəbər verir ki, prezident konqresi Tehrana qarşı sanksiyalar nəzərdə tutan qanunu qəbul etməməyə çağırıb.
“Konqres dözümlülük nümayiş etdirməlidir”-deyə Obama Britaniyanın baş naziri Devid Kameronla birgə keçirdiyi mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, əgər İrana qarşı yeni sanksiyalar tətbiq edilərsə, bu ölkə ilə “altılıq” danışıqları heç bir nəticə verməyəcək:
“Amma bu yenə də onu deməyə əsas vermir ki, əgər danışıqlar alınmasa biz İranla hərbi yola keçəcəyik”.
Son xəbərlər
Son Xəbərlər