ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaların müddətini 1 il artırıb.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “CBC News”un müxbiri Mark Noller “Twitter” səhifəsində bildirib.
“İranın nüvə proqramının dinc xarakteri haqda tarixi razılaşmaya baxmayaraq, bu ölkə hökumətinin bəzi davranışları və siyasət xətti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına qeyri-adi təhlükə gətirir. Bu səbəbdən İrana qarşı sanksiyalar 2016-cı il martın 15-dən etibarən davam etdiriləcək”, - deyə Obama vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər