ABŞ prezidenti Barak Obama Ağ Evdə təşkil edilən mətbuat konfransında ölkəsinin Liviyada həyata keçirdiyi hava hücumlarından danışıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Obama Liviyada həyata keçirilən əməliyyatların məqsədinin İŞİD-i ortadan qaldırmaq olduğunu bəyan edib. Obama bildirib ki, Liviya hökumətinin istəyi nəticəsində əməliyyatlara start verilib:
“Onlar müəyyən məsafə qət ediblər. İŞİD Sirtə bölgəsindəki bir ərazidədir. İŞİD-in bu ölkədən təmizlənməsindən sonra ölkədəki bütün tərəfdarların bir araya toplaşacağına ümid edirik. Sadəcə biz deyil, Avropa ölkələri də Liviyanın öz azadlığına qovuşmasını istəyirlər.”.
Son xəbərlər
Son Xəbərlər