Obama Kastro ilə görüşəcək

obama-kastro-ile-gorusecek
Oxunma sayı: 1116


“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Robert Ceykobson bildirib.

“Onların arasında danışıq olacaq lakin onun hansı formatda olacağı barədə mənə məlumat yoxdur”, deyə  Ceykobson bildirib.

Onun sözlərinə görə, tədbirin gündəliyinə Panamanın prezidenti Xuan Karlos Varela cavabdehdir. Ceykobson ötən ilin dekabrın 17-də Barak Obama və  Raul Kastro arasında telefon danışığının baş tutduğunu xatırladıb. Məhz bundan sonra Vaşinqton və Havana münasibətləri normallaşdırmaq niyyətində olduqlarını elan ediblər.